Almaniyada 125 min ilədək yaşı olan mamont dişi  tapıldı
07 sentyabr 2025 03:26 (UTC +04:00)

Almaniyada 125 min ilədək yaşı olan mamont dişi tapıldı

0

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.

Lent.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, həvəskar arxeoloq tərəfindən aşkarlanan dişin uzunluğu 30 santimetr, çəkisi 4 kiloqramdır.

Bonn şəhərindəki Torpaq Abidələrinin Qorunması İdarəsinin arxeoloqu Filip Şulte bildirib ki, dişin qorunma vəziyyəti qeyri-adi dərəcədə yaxşıdır və üzərindəki cızıqlar tipik xüsusiyyətlərdir. Dişin uzun müddət suda saxlanılması tələb olunur. Tapıntının deqradasiyasının qarşısının alınması üçün Rur muzeyində müvafiq işlər görülür.

Dişi tapan 44 yaşlı həvəskar arxeoloq illərdir Reyn çayının sahilində qədim əşyalar axtardığını, Roma və Kelt dövrlərinə aid bir sıra tapıntılar aşkarladığını bildirib. Onun kolleksiyasına sikkələr, saatlar və hələ partlamamış bombalar da daxildir.

Qeyd edək ki, 2012-ci ildə Düsseldorfda və Qelsenkirxen şəhərlərində inşaat işləri zamanı mamont dişləri aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar