Alimlər un məmulatlarının keyfiyyətini artırmağın  yeni yolunu tapdılar
18 mart 2026 03:47 (UTC +04:00)

Alimlər un məmulatlarının keyfiyyətini artırmağın yeni yolunu tapdılar

0

Alimlərin apardığı araşdırmalara görə, un məmulatlarına qreypfrut qabığı tozunun əlavə edilməsi məhsulun tərkibindəki antioksidant və lif səviyyəsini əhəmiyyətli dərəcədə artırır, həmçinin strukturunu yaxşılaşdırır.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Scientific Reports" jurnalında dərc olunub.

Araşdırmalar göstərir ki, bu toz xəmirin rütubəti və yağı daha yaxşı saxlamasına kömək edir. Bu isə çörəyin daha gec bayatlamasını və uzun müddət elastik qalmasını təmin edir. Beləliklə, məhsul həm sağlamlıq üçün faydalı olur, həm də keyfiyyətini qoruyur.

Təcrübələr nəticəsində məlum olub ki, xəmirə 4% miqdarında toz əlavə edildikdə ən yaxşı nəticə əldə olunur. Bu nisbətdə məhsulun dadı və qoxusundakı yüngül sitrus notları istehlakçılar tərəfindən müsbət qarşılanıb.

Mütəxəssislər qeyd edirlər ki, tərkibdəki liflər bağırsaq sistemini, antioksidantlar isə hüceyrə sağlamlığını qoruyaraq orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar