Aİ-də ən çox maaş alan  məmur kimdir?
03 yanvar 2026 04:29 (UTC +04:00)

Aİ-də ən çox maaş alan məmur kimdir?

0

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın real gəlirləri rəsmi illik hesabatda göstərilən baza maaşından iki dəfə çoxdur.

Lent.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat verib.

Nəşrin təhlili göstərib ki, 2024-cü ildə Laqardın ümumi gəliri 726 000 avro olub və bu, onun rəsmi bəyan etdiyi 466 000 avrodan 56% çoxdur.

Bu da onu ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelldən təxminən dörd dəfə çox əməkhaqqı alan məmur edir. Pauellin maaşı federal qanunla tənzimlənir və təxminən 173 000 avro təşkil edir.

Kristin Laqard təkcə Avropa Mərkəzi Bankında deyil, həm də digər beynəlxalq institurlarda da yüksək vəzifələr tutur. O, Avropa Sistem Riskləri Şurasının sədri və Beynəlxalq Hesablaşmalar Bankının Direktorlar Şurasının üzvüdür. Bundan əlavə, o, dəfələrlə "Forbes" jurnalının versiyasına görə dünyanın ən güclü qadınları arasında yer alıb, 2019, 2020, 2022 və 2023-cü illərdəki reytinqlərdə ikinci yeri tutub.

"Financial Times" qəzeti qeyd edir ki, Kristin Laqardın baza maaşı onu Avropa İttifaqında ən yüksək maaş alan məmur edir.

İndi 70 yaşı olan Laqard əvvəllər Fransanın kənd təsərrüfatı və balıqçılıq naziri, eləcə də iqtisadiyyat, sənaye və məşğulluq naziri olub. Daha sonra o, Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru vəzifəsini tutan ilk qadın olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar