Haitinin paytaxtında Port-o-Prinsdə məktəbə silahlı hücum baş verib.
Lent.az-ın EFE agentliyinə istinadla xəbərinə görə, naməlum şəxsin atəş açması 4 nəfərin xəsarət alması ilə nəticələnib. Onlardan ikisi uşaqdır.
Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə silahlı şəxs məktəbə adam oğurluğu məqsədi ilə daxil olub. Hazırda onun axtarışları davam edir.