Braziliyada blogger çox açıq-saçıq paltar geyindiyi üçün ticarət mərkəzindən qovulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, qadın özü də geyimində qadağan olunmuş heç nəyin olmadığını deyir.
Blogger Cayan Limanın dediyinə görə, o, ticarət mərkəzinə qısa ətək və dekolteli paltarda gəlib. Qadın geyim seçimini çöldə havanın çox isti olması ilə izah edib. Lakin braziliyalı ticarət mərkəzinə daxil olanda mühafizəçilər dərhal ona yaxınlaşaraq binanı tərk etməsini istəyiblər.
“Mən alçaldıldım. Heç bir vitrin və ya qanunu pozan hər hansı bir şey etməmişəm. Hamının qarşısında alçaldılmağa layiq deyildim. Bütün ticarət mərkəzi mənə elə baxırdı ki, sanki mağazanı qarət etmişəm və ya hansısa cinayət törətmişəm”, deyə Lima şikayət edib.
Cayan hadisəni izləyicilərinə danışdıqdan sonra onun lehinə şərhlər yazılıb.
“Müvafiq tədbirlər görmək lazımdır. Bunun sizinlə yenidən baş verməsi qəbuledilməzdir”, deyə izləyicilər bildiriblər.