ABŞ Qrenlandiyaya hücum edərdisə , Danimarka uçuş-enmə zolaqlarını partladacaqdı
22 mart 2026 13:12 (UTC +04:00)

ABŞ Qrenlandiyaya hücum edərdisə, Danimarka uçuş-enmə zolaqlarını partladacaqdı

0

Danimarka ictimai yayımçısı DR bildirir ki, bu ilin yanvar ayında Qrenlandiyaya yerləşən Danimarka hərbçiləri ABŞ prezident Donald Trampın əmri ilə işğala başlayarsa, adanın əsas uçuş-enmə zolaqlarını partlatmağa hazır olublar.

Lent.az bildirir ki, Danimarka yayımçısının məlumatını “Financial Times” qəzetinə verdiyi müsahibədə adı açıqlanmayan iki Avropa rəsmisi təsdiqləyib.

Lakin Danimarkanın yüksək rütbəli hərbi rəsmisi anonimlik şərti ilə BBC-yə bildirib ki, "təhlükəsizlik səbəblərinə görə belə bir əməliyyatdan çox az adam xəbərdar olub".

Həm Danimarka, həm də ABŞ NATO üzvü olsalar da, bu ilin əvvəlində iki ölkə arasında Danimarka krallığının bir hissəsi olan Qrenlandiyanın taleyi ilə bağlı mübahisə yaranıb. İkinci müddətinin ilk ilində Tramp dəfələrlə Qrenlandiyanı ilhaq etmək niyyətini bəyan edib. Danimarka, Qrenlandiya və Avropa Birliyi liderləri bu cür müdaxilələri rədd ediblər.

DR bildirir ki, yaydığı məlumat həm hökumətin, həm Danimarka Silahlı Qüvvələrinin yüksək rəhbərliyindəki, həm də müttəfiqləri Fransa və Almaniyadakı 12 mənbə ilə aparılan söhbətlərə əsaslanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar