ABŞ Maliyyə Nazirliyi Çeçenistan rəhbəri Ramzan Kadırovun anası əleyhinə sanksiya tətbiq edib.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Ayman Kadırova ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunan 11 rusiyalının siyahısına daxil edilib.
Məlumata görə, siyahıda həmçinin Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırov adına Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə xüsusi təyinatlı polis alayının komandiri Zamid Çalayev və Çeçenistan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkili Mənsur Soltayevin də var.