ABŞ İrandan zənginləşdirilmiş uranının  hamısını təhvil verməsini istəyir
14 aprel 2026 02:42 (UTC +04:00)

ABŞ İrandan zənginləşdirilmiş uranının hamısını təhvil verməsini istəyir

0

Vaşinqton Tehranın sonda bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsində israr etməyə davam edir.

Lent.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib.

"Biz bu maddələri onların ölkəsindən çıxarmaq istədiyimizi və onu öz əlimizdə saxlamaq istədiyimizi bildirmişik", - Vens bildirib.

Vens qeyd edib ki, nüvə silahı hazırlamaq planı olmadığına dair verdiyi zəmanətlərə baxmayaraq, İranın nüvə proqramı ABŞ üçün narahatlıq doğurur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 936

Oxşar yazılar