ABŞ-da təyyarə yerə çırpılaraq alışdı - ÖLƏNLƏR VAR  - FOTO
09 oktyabr 2021 07:52 (UTC +04:00)

ABŞ-da təyyarə yerə çırpılaraq alışdı - ÖLƏNLƏR VAR - FOTO

0

ABŞ-ın Corciya ştatındakı hava limanı ərazisində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “FOX 5” telekanalı De-Kalb dairəsinin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

“Cümə günü günortadan sonra De-Kalb-Piçtri hava limanında baş verən qəzadan sonra yanan təyyarənin göyərtəsində 4 nəfər olub. Onların hamısı ölüb”, - deyə yanğınsöndürmə xidmətindən bildirilib.

Telekanalın məlumatına görə, qəzadan sonra hava limanı bağlanıb. Təyyarədə olan sərnişinlərin kimliyi hazırda açıqlanmır.

ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyatda Təhlükəsizlik Şurası hadisəni araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1212

Oxşar yazılar