ABŞ-da odlu silahların məhdudlaşdırılması təklif olunur
22 iyun 2022 06:19 (UTC +04:00)

ABŞ-da odlu silahların məhdudlaşdırılması təklif olunur

0

ABŞ Senatı silahların məhdudlaşdırılmasına dair qanun layihəsini ictimaiyyətə açıqlayıb.

Lent.az “Figaro”ya istinadla xəbər verir ki, layihəni 1 respublikaçı və 1 demokrat senator hazırlayıb. Bu da ölkə parlamentinin tarixində az rast gəlinən haldır.

Qanun təşəbbüsü Texasda 20-dək uşağın ölümü ilə nəticələnən silahlı hücumdan sonra irəli sürülüb. 

Bununla belə, qanun layihəsində Baydenin dediyi prinsiplərin çoxu əks olunmayıb. Qanun layihəsi qanunsuz silah satışına nəzarəti gücləndirməyi, həmçinin təhlükəli hesab edilən adamlardan silahları müsadirə etməyi tələb edir.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1236

Oxşar yazılar