ABŞ-da Maska İTTİHAM:  Putinin elçisidir
18 oktyabr 2022 19:01 (UTC +04:00)

ABŞ-da Maska İTTİHAM: Putinin elçisidir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya üzrə müşaviri Fiona Hill “Politico”ya müsahibəsində bildirib ki, sahibkar İlon Mask Ukrayna münaqişəsinin həlli təklifi ilə yalnız Rusiya prezidenti Vladimir Putinin mesajını çatdırıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Hill deyib ki, Ukrayna ilə bağlı yaranmış vəziyyətin sülh razılaşması ilə həlli təklifindən əvvəl Mask sentyabr ayında Aspendə keçirilən tədbirdə oxşar bəyanatla çıxış edib və Krımı da Rusiya kimi tanıyıb. Eyni zamanda, milyarder vurğulayıb ki, Xerson vilayəti və Zaporojye üzərində nəzarət danışıqlar mövzusu olmalıdır, çünki yarımadanın bu bölgələrdən suya ehtiyacı olacaq.

“Sudan bəhs o qədər spesifikdir ki, bu, açıq-aşkar Putinin mesajıdır” deyən politoloq Putinin tez-tez məşhur şəxslərdən vasitəçi kimi istifadə etdiyini vurğulayıb. Hill, Maskın böyük təsir və şöhrətə sahib olduğuna diqqət çəkib və deyib ki, buna görə də ictimai rəyə təsir edə bilir.

Bundan əvvəl İlon Mask Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik imkanlarından danışmışdı. “Vice” jurnalı Maskın “Ukraynaya sülh gətirmək planını” dərc etməzdən əvvəl Putinlə telefon danışığı apardığını bildirib. Lakin sahibkar bu məlumatı təkzib edərək bildirib ki, Rusiya lideri ilə sonuncu dəfə 18 ay əvvəl danışıb və söhbətlərinin mövzusu kosmos olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30