Nyu-Yorkda helikopter çaya düşdü, 6 nəfər öldü-VİDEO
11 aprel 2025 01:30 (UTC +04:00)

Nyu-Yorkda helikopter çaya düşdü, 6 nəfər öldü-VİDEO

Nyu-Yorkda helikopterin Hadson çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Lent.az xəbər verir ki, şəhər polisi təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb.

Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub. Hadisənin baş vermə səbəbi araşdırılır.

***
0027

Nyu-Yorkda helikopter qəza edərək Hadson çayına düşüb.

Lent.az xəbər verir ki, bu barədə şəhər polisi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nəticədə bir nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub.

Əlavə məlumat hələlik açıqlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1736

Oxşar yazılar