İnquşetiyanın Nazran rayonunda keçmiş bələdiyyə sədrinin oğlu qətlə yetirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Ekajevo kəndinin keçmiş bələdiyyə sədrinin oğlu Mustafa Katsiev uşağını götürməyə gəldiyi bağçanın yanında güllələnib.
Kamera görüntüləri münaqişənin necə başladığını göstərir: naməlum şəxs Katsievə hücum edərək onu başı ilə vurur. Tezliklə digər iştirakçılar da davaya qoşulurlar.
Mustafa silahla özünü müdafiə etməyə çalışsa da, cinayətkarlar onu qabaqlayaraq, atəş açır. Ona beş güllə atıldığı bildirilir.
Yaralı xəstəxanada ölüb.
İlkin məlumata görə, qətlə səbəb Katsiyevlər və Qaqiyevlər ailələri arasında torpaq münaqişəsi olub.