Cinah oyunçusu Alexandro Qarnaço yayda "Old Trafford"u tərk edə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Mançester Yunayted" gənc oyunçusu üçün tələb olunan qiyməti əhəmiyyətli dərəcədə azaldıb.
“Mançester Yunayted” rəhbərliyi komandanı gücləndirmək üçün Ruben Amorimə ciddi büdcə ayırmağa çalışır. Bunun üçün “Mançester Yunayted” futbolçularını endirimlə satmalı olacaq. Qarnaço da “qırmızı şeytanlar” tərəfindən göndərilənlər arasında olacaq.
Qış transfer pəncərəsində “Mançester Yunayted” 20 yaşlı argentinalı üçün 60 milyon avro almağı hədəfləyirdisə, indi onu 45 milyon avroya satacaq. Qışda cinah yarımmüdafiəçisinə əsas namizəd İtaliyanın "Napoli" klubu olub. Sao-Paoloda o, Kvaratsxeliyanı əvəz etməli idi.
Bu mövsüm Qarnaço bütün turnirlərdə 49 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilə qədərdir. O, 420 min funt-sterlinqə "Atletiko"nun akademiyasından "Dumanlı Albion"a keçib.