Ev heyvanının — pişik və ya itin olması rifah halınızı artırmaq baxımından evlilik və ya dostlar və qohumlarla mütəmadi görüşmək qədər təsirli ola bilər.
Lent.az bu barədə sizə məlumat verir:
Ev heyvanına sahib olmaq həyat məmnuniyyəti baxımından ildə təxminən 90,000 ABŞ dolları dəyərində mənəvi qazanc verir — bu göstərici iqtisadçılar tərəfindən qeyri-maddi dəyərlərin "gizli qiymətini" hesablamaq üçün istifadə olunur. Tədqiqatçılar bildirirlər ki, bu rəqəm, həyat yoldaşına sahib olmaq və ya dostlar və ailə üzvləri ilə tez-tez görüşməkdən əldə edilə biləcək nəzəri gəlir artımı ilə müqayisə edilə bilər. Onlar nəticələrini bu statistik metoddan istifadə edən digər tədqiqatlarla müqayisə ediblər.
Nəticələr tədqiqatçıları belə təəccübləndirib.
“Çox təəccübləndim. Mən heyvanları sevən biri olaraq belə bu məbləğin böyüklüyü məni heyrətləndirdi,” – deyə tədqiqatın həmmüəllifi, Kent Universitetinin iqtisadiyyat professoru Adelina Gşvandtner bildirib.
O, CNN-ə açıqlamasında əlavə edib: “Əksər insanlar ev heyvanlarını dost və ya ailə üzvü kimi qəbul edir, buna görə də bu müqayisə olduqca uyğundur".