Sosial yardım ala bilməyənlər hara şikayət etməlidir? – CAVAB
15 aprel 2025 10:14 (UTC +04:00)

Sosial yardım ala bilməyənlər hara şikayət etməlidir? – CAVAB

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) sosial yardım ala bilməyənlərin hara şikayət etməsi ilə bağlıdır.

Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilməsi məqsədilə maddi-məişət şəraitinin yoxlanışı aparılan zaman imtinaların verilməsi ilə bağlı hara şikayət edilməlidir?

Vətəndaşlar şikayətlərini təqdim edə bilərlər:

-Nazirliyin rəsmi saytında onlayn qaydada;

-yazılı birbaşa müraciət əsasında;

-Nazirliyin, DOST Agentliyinin, Fondun qəbul şöbələrinə yaxınlaşmaqla;

-“142” Çağrı mərkəzinə zəng etməklə;

-yaşayış yeri üzrə Fondun regional filiallarına və şəhər (rayon) qəbul şöbələrinə yaxınlaşmaqla;

-DOST mərkəzlərinə müraciət etməklə.

Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar