Bakıda özünü binadan atan tələbə qızın fotosu yayılıb.
Lent.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti vəfat edən tələbə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Universitetin Kimya və Bilogiya fakültəsinin "Kimya müəllimliyi" ixtisasının I kurs tələbəsi Balaxanım İbadət qızı Əliyeva vəfat edib.
***
15 aprel, 09:43
Bakıda özünü binadan atan tələbə qızın kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, 18 yaşlı Ağcabədi rayon sakini Balaxanım İbadət qızı Əliyevadır. Ancaq tələbənin hansı səbəblə özünü öldürdüyü bilinmir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
***
14 aprel, saat: 23:04
Bakının Nəsimi rayonunda intihar hadisəsi olub.
Lent.az Bakupost.az.-a istinadən xəbər verir ki, hadisə Şövqiyyə Abdullayeva küçəsi, 23 ünvanında baş verib. Burada yaşayan birinci kurs tələbəsi özünü 15-ci mərtəbədən atıb.
Tələbə hadisə yerində keçinib.
Qeyd edək ki, o, həmin binada 3 qızla bərabər kirayədə qalırmış.