İndoneziyada yeddi metrlik piton qadını udub.
Lent.az “The Sun”a istinadla bildirir ki, ilan bağda tərəvəz yığan 55 yaşlı yerli sakinə hücum edib.
Qadın uzun müddət işdən qayıtmadığından oğlu onu axtarmağa gedib.
Gənc oğlan bağçaya gedərkən anasının səbətinə rast gəlib. Oğul başqa qohumlarına da məlumat verib və onlar birlikdə axtarışa çıxıblar.
Onlar bağda axtarış aparıblar və qadının meyitini tapıblar. Qohumlar görüblər ki, iri ilan qadının bədəninə dolanaraq, başını udub. Nəticədə zərərçəkən ölüb.