Narazı müştəri avtomobil ustasını öldürdü
16 aprel 2025 16:53 (UTC +04:00)

Narazı müştəri avtomobil ustasını öldürdü

Rusiyanın İrkutsk vilayətində 78 yaşlı kişi avtomobil ustasını öldürməkdə və ikinci işçini yaralamaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü il iyulun 1-də Biryusinskdə baş verib. Avtomobilinin təmirindən narazı qalan təqaüdçü əldəqayırma ov tüfəngi ilə bir-bir xidmət işçilərinin yanına gələrək atəş açıb.

Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, həmin şəxs iki mexaniki öldürməyə cəhd edib. Onlardan biri, 32 yaşlı fəhlə aldığı xəsarətlərdən dünyasını dəyişib. İkinci adam ağır xəsarətlərlə sağ qalıb.

Təqaüdçü cinayət yerindən qaçmağa çalışsa da, saxlanılıb. Kişi günahını tamamilə etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1876

Oxşar yazılar