Rusiyanın Çelyabinsk vilayətində “Metallurq-1” SNT-nin bağ evində yanğın olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, nəticədə dörd nəfər ölüb.
Yanğınsöndürmə zamanı xilasedicilər 4 nəfərin meyitini aşkar ediblər. 16 kvadratmetr sahəni əhatə edən yanğın söndürülüb.
Faktla bağlı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Ölənlərin hamısı böyüklərdir və onların şəxsiyyəti müəyyənləşdirilir.