Dolğun və yumru üzü daha incə və zərif göstərəcək 3 dəbli saç kəsimi
16 aprel 2025 19:13 (UTC +04:00)

Dolğun və yumru üzü daha incə və zərif göstərəcək 3 dəbli saç kəsimi

Stilistlər dolğun və yumru üzə sahib xanımlar üçün ən uyğun saç kəsimlərini açıqlayıblar. Bu saç düzümləri üzdəki artıq həcmi, xüsusilə alt hissədəki ağırlığı vizual olaraq aradan qaldırır və ona daha incə, zərif forma verir.

Lent.az bu 3 saç kəsimini sizə təqdim edir:

Əgər siz:

üz ovalınızı vizual olaraq uzatmaq,

alt hissədəki həcm hissini azaltmaq,

yanaq sümüklərini vurğulamaq,

saçlara həcm və təravət qatmaq, daha gənc görünmək istəyirsinizsə – bu üç saç kəsimindən birini seçə bilərsiniz.

1. Asimmetrik saç kəsimi uzun çölə əyilmiş qakla (çolka ilə)
Bu kəsim "kare" və ya "bob" formasında ola bilər, əsas olan — asimmetriyadır. Kvadrat formalı üz sahibləri üçün çox uyğun seçimdir. Çarpaz, lay-lay kəsilmiş qak (çolka) üz ovalını vizual olaraq uzadır, yanaqları daha zərif göstərir, baxışı ifadəli edir. Bu saç forması nazik saçlara da həcm verir və onları daha qalın göstərir. Asimmetrik saç kəsimlərinin gəncləşdirici effekti var, bu da 40 yaşdan yuxarı xanımlar üçün əlavə üstünlükdür.

2. Teksturalı tellərlə "Piksi" saç kəsimi
Bu saç modeli – cəsarətli və eksperimentləri sevən qadınlar üçün ideal seçimdir. Piksi – dünyada ən çox seçilən qısa saç kəsimlərindən biridir. Oval və üçbucaq formalı üzlərə çox yaraşır. Teksturalı (laylı) tellər üzü daha zərif göstərir və alt hissədəki həcmi azaldır. Bu saç kəsiminin üstünlükləri çoxdur: gəncləşdirir, qulluq tələb etmir, yığmaq və formaya salmaq lazım deyil.

3. Uzanmış "bob" saç kəsimi
Yumru və dolğun üz forması olan xanımlar üçün mükəmməl seçimdir. Düz kəsilmiş uclar və üz ətrafındakı tellər vizual olaraq üzü uzadır. Teksturalı dalğalar və laylı saçlar isə ümumi görünüşə yüngüllük və oynaq hava qatır. Bu saç forması da xüsusi düzüm tələb etmir – sadəcə yumaq və fenləmək kifayətdir, saçlar özü təbii və gözəl formaya düşəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5244

Oxşar yazılar

2025 yayının trend don modelləri

2025 yayının trend don modelləri

21 iyul 2025 , 17:27
"Bahalı"  görünən manikür

"Bahalı" görünən manikür

19 iyul 2025 , 15:52
İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

17 iyul 2025 , 10:29
Bu ayaqqabıları  yay səyahətində əsla geyinməyin

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

16 iyul 2025 , 15:04
Hər qadına yaraşan saç kəsimləri

Hər qadına yaraşan saç kəsimləri

14 iyul 2025 , 11:37
2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

14 iyul 2025 , 09:48
2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

12 iyul 2025 , 10:14
2025-ci ilin yayının  ən dəbli   geyimi - VİDEO

2025-ci ilin yayının ən dəbli geyimi - VİDEO

8 iyul 2025 , 10:29