Zaqatalaya toya gedən kişi qazdan boğulub öldü  - YENİLƏNİB
16 aprel 2025 17:57 (UTC +04:00)

Zaqatalaya toya gedən kişi qazdan boğulub öldü - YENİLƏNİB

Bakıdan Zaqatalaya toya gələn 35 yaşlı kişinin meyiti qohumunun mənzilində aşkarlanıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Əslən Zaqataladan olan, Bakı şəhərində yaşayan 35 yaşlı Anar Abdullayevin meyiti qohumuna məxsus mənzilin hamamının qarşısında aşkar olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

A.Abdullayev üç gün öncə yaxın qohumlarının toy məclisində iştirak etmək üçün Bakıdan Zaqatalaya gəldiyi, dünən toyda iştirak etdiyi bildirilir.

***
16:30

Zaqatalada kişi qazdan boğulub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 35 yaşlı Abdullayev Anar Oktay oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15166

Oxşar yazılar