Hər qadının bilməli olduğu  3 saç düzümü - VİDEO
16 aprel 2025 15:43 (UTC +04:00)

Hər qadının bilməli olduğu 3 saç düzümü - VİDEO

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir.

Lent.az "Instagram" bloqeri Nichole Ciottinin videosuna əsaslanaraq, yağış və küləyə davamlı, eyni zamanda gözəl görünən saç düzümlərini təqdim edir.

1. Qısqacsız və lak istifadə olunmadan "ponçik" topuz

Sadəcə saçlarınızı atquyruğu formasında yığın, sonra isə onların yarısını içəri doğru bükərək kiçik bir topuz (ponçik) formalaşdırın. Bloqerin göstərdiyi kimi bir neçə dəfə məşq etdikdən sonra siz də ideal görünüşə nail ola bilərsiniz. İlk cəhdlərdə mükəmməl nəticə alınmasa da, bir az zamanla buna öyrəşəcəksiniz.

2. "Krabik" ilə dəbli saç düzümü

Sadə və darıxdırıcı saç düzümünü unudun. Krabik (saç qısqacı) köməyi ilə həm dəbli, həm də yağışa davamlı bir görünüş yarada bilərsiniz. Belə saç düzümündə saçlar yığılmış olur və nə yağış, nə də külək onlara təsir edə bilmir. Sadəcə atquyruğu edin, krabiki götürün və müxtəlif variantları sınaqdan keçirin.

3. Cəmi bir dəqiqəyə zərif topuz

Əgər siz həcmli rezinlərdən – ipək və ya sintetik – istifadə etməyi sevirsinizsə, bu saç düzümü sizin sevimlilərinizdən olacaq. Bu topuz yağış altında belə səliqəli və zövqlü görünəcək. Sadəcə diqqət edin: saç düzümünü çox bərk etmək lazım deyil – hər şeydə mötədillik vacibdir.

Yağış suyu saçlara zərər verirmi?

Yağışda saçların islanması həmişə zərərli olmasa da, nəzərə alınmalı bəzi məqamlar var:

Atmosfer yağıntıları çirk, toz, zərərli qazlar, ağır metallar və turşu qarışıqları ehtiva edir — tez-tez yağış altında qalmaq saçların solğunlaşmasına, kövrəkləşməsinə və baş dərisinin qıcıqlanmasına səbəb ola bilər. Baş dərisinin soyuması – islanmış saçla küləkdə qalmaq damar spazmlarına, baş ağrılarına və soyuqdəyməyə yol aça bilər.

Saç quruluşunun pozulması – boyanmış, məsaməli və ya zədələnmiş saçlarda yağış suyu rəngi daha tez yuyar və quruluğu artıra bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930

Oxşar yazılar

"Bahalı"  görünən manikür

"Bahalı" görünən manikür

19 iyul 2025 , 15:52
İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

17 iyul 2025 , 10:29
Bu ayaqqabıları  yay səyahətində əsla geyinməyin

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

16 iyul 2025 , 15:04
Hər qadına yaraşan saç kəsimləri

Hər qadına yaraşan saç kəsimləri

14 iyul 2025 , 11:37
2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

14 iyul 2025 , 09:48
2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

12 iyul 2025 , 10:14
2025-ci ilin yayının  ən dəbli   geyimi - VİDEO

2025-ci ilin yayının ən dəbli geyimi - VİDEO

8 iyul 2025 , 10:29
Sizi istidən  xilas edə biləcək saç düzümləri

Sizi istidən xilas edə biləcək saç düzümləri

4 iyul 2025 , 10:29