ABŞ-da  ATIŞMA:  baba, nənə və nəvələri öldü
08 aprel 2021 18:58 (UTC +04:00)

ABŞ-da ATIŞMA: baba, nənə və nəvələri öldü

ABŞ-ın Cənubi Karolina ştatındakı yaşayış evində atışma nəticəsində ikisi uşaq olmaqla 5 nəfər ölüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ölənlər bir ailənin üzvləri – 70 yaşlı həkim və onun həyat yoldaşıdır. Onlatın iki azyaşlı nəvələri – 9 yaşlı qız və 5 yaşlı oğlan, eləcə də həmin vaxt evdə işləyən bir işçi də var. Daha bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. 

Cinayətin səbəbi ilə bağlı hələ ki məlumat verilmir. Bir məlumata görə, hücum edən sonradan intihar edib. Digər məlumatda cinayət yerinin yaxınlığında həbs edilib. 

# 1230
avatar

Oxşar yazılar