Yaponiyada koronavirusdan (COVID-19) ilk ölüm halı qeydə alınıb.
APA "Hürriyət"ə istinadən xəbər verir ki, Tokionun yaxınlığında yerləşən Kanaqava əyalətində 80 yaşlı qadın dünyasını dəyişib. Məlumata əsasən, koronavirus diaqnozu qoyulan qadının ölümünə səbəb virusa yoluxması nəticəsində meydana çıxan sətəlcəmdir.
Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların sayı 250 nəfərdir.