Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 40-a çatdı - YENİLƏNİB
06 iyul 2020 05:24 (UTC +04:00)

Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 40-a çatdı - YENİLƏNİB

 

Yaponiyanın Küsü adasının cənub-qərbində çayın daşmasına və torpaq sürüşmələrinə səbəb olan leysan yağışlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Rəsmi olaraq 24 nəfərin ölümü təsdiqlənib, daha 16 nəfərin isə ürəyi və ciyərləri fəaliyyətini itirib ki, bu da Yaponiyada kliniki ölüm adlanır. Belə bir diaqnozu yalnız tibb işçiləri təyin edə bilir, xilasedicilər deyil. Ölənlərdən 14-ü Kumamoto prefekturasında suyun altında qalmış qocalar evinin sakinləri olub. Eyni zamanda, 12 nəfər də itkin düşmüş hesab olunur. Onların axtarışları davam etdirilir.

Yağıntılardan ən çox Kumamoto prefekturası ziyan görüb. Orada təxminən 1000 hektar ərazi suyun altında qalıb. Təxliyə mərkəzlərində hazırda təxminən 1500 adam var. Çayın daşması və torpaq sürüşməsi elektrik enerjisinin verilişini dayandırıb, buna görə də Kumamotoda 4,7 min ev işıqsız qalıb.

Yaponiyanın meteoroloji xidməti idarəsinin məlumatına görə, güclü yağışlar bazar ertəsi günündə də Küsü adasında yağmaqda davam edəcək. Bununla yanaşı, əsas cərəyanlar Sikoku adasının şərq bölgəsinə keçib. Sutka ərzində burada 300 mm-dək yağıntının düşəcəyi gözlənilir.

Yaponiyanın Baş Naziri Sindzo Abe özünümüdafiə qüvvələrinin təxminən 10 min nəfərlik hərbçisini fəlakət bölgəsinə göndərib. Onlar burada yerli xilasetmə xidmətlərinə köməklik göstərir.

Yaponiya hökumətinin başçısı, həmçinin bildirib ki, yerli sakinlərin müvəqqəti olaraq yerləşdirildikləri bütün təxliyə mərkəzlərində koronavirusun yayılması təhlükəsinə qarşı lazımi tədbirlər görüləcək.

***

Saat 03:36

Yaponiyanın cənub-qərbində leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Yerli vaxtla saat 23:00-a (Bakı vaxtı ilə 18:00) olan məlumata görə, həkimlər 24 nəfərin ölümünü təsdiqləyib, digər 16 nəfərdə isə həyat əlaməti yoxdur, ancaq onların ölümü hələ də təsdiqlənməyib. Daha 12 nəfər itkin düşmüş hesab olunur.

Yaponiyanın cənub-qərbindəki bəzi bölgələrə yağan güclü yağışlar nəticəsində 400 mm-dək yağıntı düşüb. Kumamoto prefekturasında Kuma çayının daşması səbəbindən bir neçə yaşayış məntəqəsi suyun altında qalıb. Xilasedicilər hərbi helikopterlərlə insanları evlərin damlarından təxliyə edir, bəzi yerlərdə isə su binaların ikinci mərtəbələrinə çatıb.

Xatırladaq ki, Kumamoto və Kaqosima prefekturalarında 200 min insanın təxliyəsi elan olunub. Fəlakət bölgəsində 100-dən artıq müvəqqəti sığınacaqlar yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2863
avatar

Oxşar yazılar