Yaponiyada koronavirusa yoluxanların sayı 942 nəfərə çatıb. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, xəstəlik ölkənin 47 prefekturasının yarıdan çoxunu əhatə edir.
Son məlumatlarda yoluxanlardan 11 nəfərinin dünyasını dəyişdiyi bildirilir.
Ölkədə bütün kütləvi tədbirlər ləğv olunub, əyləncə və istirahət yerləri, dövlət kitabxanaları və muzeylər bağlanıb. Məktəblərdə dərslər dayandırılıb, idman dərnəkləri və əlavə hazırlıq mərkəzləri işinə fasilə verməyə məcbur olub.