Virusa yoluxan Ukrayna Prezidentinin xanımı barədə YENİ XƏBƏR
03 iyul 2020 19:44 (UTC +04:00)

Virusa yoluxan Ukrayna Prezidentinin xanımı barədə YENİ XƏBƏR

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya sağalıb və xəstəxanadan evə buraxılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.

“Ukraynanın birinci xanımı Yelena Zelenskaya sağalıb və bu gün xəstəxanadan buraxılıb. O, özünü yaxşı hiss edir və yenidən ailəsi ilə birlikdə olmaqdan xoşbəxtdir”, - deyə bildirilib.

Qeyd edək ki, iyunun 16-da Y. Zelenskayaya koronavirus səbəbi ilə ikitərəfli pnevmoniya diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. V. Zelenski və övladlarından götürülən testin nəticəsi isə neqativ olub. 

Xatırladaq ki, bu günə olan məlumata əsasən, Ukraynada COVID-19-a 46 763 yoluxma halı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4054
avatar

Oxşar yazılar