Tesla şirkətinin öz rəqibləri üzərində yaratdığı dominantlıq əsasən elektromobillərdə vacib olan ən əsas element ilə təyin edlir. Söhbət, elektromobillər üçün olan batareyalardan gedir.
Lent.az-ın "technote"a istinadən verdiyi xəbərə görə, çox çətin hesablamalar nəticəsində (istehsalçılar bu məlumatları gizlədirlər) məlum olub ki, Teslanın istifadə etdiyi silindrik formalı batareyaların qiymətləri kilovatt saata görə 158$ təşkil edir. Porsche Taycan və Chevrolet Bolt EV modellərində istifadə olunan yastı batareyaların qiymətləri minimum 25% daha bahadır. "BMW"nin elektromobillərində istifadə olunan prizmatik batareyaların qiymətləri isə 40% daha bahadır.
Teslanın rəqibləri üçün olan pis xəbər ondan ibarətdir ki, yaxın 10 il ərzində batareyaların qiymətləri baxımından Tesla-ya çatmaq mümkün olmayacaq. Bu barədə Hightech.plus saytı xəbər verib. Tesla şirkəti elektromobil bazarında lider şirkət olaraq qalır. Lakin yaxın zamanda o, ənənəvi avtomobil istehsalçıları ilə yüksək rəqabətə keçə bilər. Belə ki, öz avtomobillərini elektrikləşdirilmiş sistemə keçirdən şirkətlərin sayı getdikcə artır. Lakin Elon Musk-ın şirkətini geridə qoymaq heç də asan olmayacaq.
Teslanın əsas uğuru təkcə mühəndis və marketinq qərarlarında deyil. Həmçinin şirkətin elektromobillərində istifadə olunan batareyaların nisbətən ucuz olmasındadır. Belə ki, elektromobillərin ən bahalı hissələrindən biri də məhz batareyalardır. Cairn Energy Research Advisiors şirkətinin analitikləri hesablayıblar ki, keçən il Teslada istifadə olunan silindrik formalı batareyaların qiymətləri kilovatt saata görə 158$ təşkil edib. Tesla-nın rəqibləri isə digər formalı batareyalardan istifadə edirlər və nəticədə həmin batareyalar daha baha başa gəlir.
Məsələn Porsche Taycan və Chevrolet Bolt EV modellərində istifadə olunan yastı batareyaların qiymətləri kilovatt saata görə 200$ təşkil edir. "BMW"nin elektromobillərində istifadə olunan prizmatik batareyaların qiymətləri isə kilovatt saata görə 253$-dır. Avtomobil istehsalçıları öz modellərində istifadə olunan batareyaların qiymətləri barəsində məlumat vermirlər. Buna görə də Cairn Energy şirkətinin analitikləri həmin qiymətləri qəliz riyazi modellər vasitəsilə təyin ediblər.
Bundan əlavə olaraq analiz nəticəsində məlum olub ki, 2016-cı ildən bəri elektromobillər üçün olan batareyaların qiymətləri aşağı düşüb. Həmin vaxtda silindrik formalı batareyaların qiymətləri kilovatt saata görə 265$, yastı batareyaların qiymətləri 285$, prizmatik batareyaların qiymətləri isə 320$ təşkil edirdi. Əgər bu trend davam etsə, 2030-cu ilə kimi silindrik batareyaların qiymətləri 98$, yastı batareyaların qiymətləri 137$, prizmatik batareyaların qiymətləri isə 143$ olacaq. Bu üsul ilə düzgün batareya növünün seçimi öz növbəsində Tesla şirkətinin liderliyini 10 ildən sonra da qoruyub saxlayacaq.