Türkiyədə sərt eniş edən sərnişin təyyarəsi 3 hissəyə bölündü, 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB
06 fevral 2020 04:16 (UTC +04:00)

Türkiyədə sərt eniş edən sərnişin təyyarəsi 3 hissəyə bölündü, 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB

İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

O bildirib ki, son məlumatlara görə qəzada 179 sərnişin yaralanıb.

***

00:17

İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada sərnişinlərdən biri ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Nazir əlavə edib ki, qəzada 157 sərnişin yaralanıb.

***

5 fevral, saat 21:40

İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada iki pilot ağır yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valisi bildirib.

Qartal Təhsil Araşdırma Xəstəxanasının Baş həkimi deyib ki, xəstəxanaya 14 yaralı gətirilib, onlar yüngül xəsarət alıblar. Digər 32 yaralı isə başqa xəstəxanalara yerləşdirilib. 

Nəqliyyat və infrastruktur naziri Məhmət Cahit Turhan sərnişinlərin təxliyəsinin davam etdiyini bildirib. 

Qeyd edək ki, qəza baş verən zaman hava limanının Nəzarət Qülləsinin əməkdaşı ilə pilotlar arasındakı rabitə əlaqəsi olub. Səs yazısında təyyarənin sərt eniş etməsinə güclü küləyin səbəb olması ehtimal olunur. 

Hazırda təyyarənin qara qutusunun əldə edilməsinə cəhdlər edilir. 

İstanbul Baş Prokurorluğu qəza ilə bağlı araşdırmaya başlayıb.

****

21:12

İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava yollarına məxsus "Boeing 737-800" tipi  sərnişin təyyarəsinin sərt eniş etməsindən sonra 52 sərnişin yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə İstanbul şəhər rəhbərliyi məlumat verib.

20:38

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cavit Turhan İstanbul-İzmir reysini həyata keçirən sərnişin təyyarəsində baş verən qəza ilə bağlı açıqlama verib.

 APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir deyib ki, baş verən qəzaya səbəb təyyarənin uçuş zolağına qəfil eniş etməsi olub. 

O bildirib ki, qəzada ağır yaralanan yoxdur. Bəzi sərnişinlər kömək olmadan sərbəst şəkildə təyyarədən çıxıb.

***

20:10

Türkiyədə "Boeing 737-800" tipi  sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanıb. 

Üç hissəyə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Qeyd edək ki, hadisə ilə bağlı Sabiha Gökçen hava limanına olan bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5666
avatar

Oxşar yazılar