Türkiyə bayrağını cıran millət vəkili cəzalandırıldı
11 fevral 2020 19:50 (UTC +04:00)

Türkiyə bayrağını cıran millət vəkili cəzalandırıldı


Avropa Parlamenti (AP) yunan millət vəkili İoannis Laqosu maddi cərimə və parlament fəaliyyətindən 4 günlük kənarlaşdırıb. Bu cəza ona 2 min 261 Avroya başa gələcək.

APA-nın Türkiyə bürosunun yerli mediaya istinadən verdiyi xəbərə görə, AP-nın yunan millət vəkili barəsində bu cəzanı tətbiq etməsinə səbəb onun ötən ay Türkiyənin dövlət atributu olan bayrağı cırması ilə əlaqədar olub.  

Qeyd edək ki, AP-nin Brüsseldə "Yunan Adalarındakı Humanitar Vəziyyət" adlı tədbirində çıxış edən yunan millət vəkili Lagos ölkəsinin köçkünlər tərəfindən hücumlara məruz qaldığını bildirib və Türkiyənin bayrağını cırıb.

Yunan millət vəkilinin bu hərəkəti dünya ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2114
avatar

Oxşar yazılar