Bu gün insanları narahat edən məsələlərdən biri də smartfonların orqanizmə nə dərəcədə mənfi təsir edib-etməməsidir. Hətta bununla bağlı qorxunc iddialar da irəli sürülərək qeyd edilir ki, mobil telefonların dalğaları, yaratdıqları şüa insanda xərçəng xəstəliyi yaradır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın Səhiyyə təşkilatına bağlı olan FDA qurumu tərəfindən 2008-2019-cu illərdə heyvanlar və insanlar arasında xüsusi testlər keçirilib.
Nəticədə məlum olub ki, smartfonların yaydığı radiyasiya ilə xərçəngin heç bir əlaqəsi yoxdur.
Tədqiqatlar zamanı bir siçanın bədəninə smartfonun yaydığı şüadan daha artıq impluslar göndərilir. Nəticə heyratamiz olur: şüanın zərrə qədər də olsun siçana təsiri olmur.
Bu test eyni zamanda 4G texnologiyasından 5G-yə keçidi daha güvənli edir. Təbii ki, 5G texnologiyası əvvəlkilərdən daha yüksək tezlikli dalğalar yayır.
Bütün bunlara rəğmən ABŞ Federal Kommunakasiya Qurumu bəyan edib ki, 5G-nin insan səhhəti üçün heç bir ziyanı yoxdu. FDA tərəfi də bunu təsdiq edib - 300 khz ilə 100 Ghz arası dalğalar insanların sağlığına zərər vurmur.