Rusiyanın Novosibirsk şəhərində Gənclik Bulvarındakı yerləşən kafenin damı çöküb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.
Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib ki, hadisə yerinə gələn xilasedicilər beş nəfəri dağıntılar altından çıxarıb, onlardan biri ölüb.
Nazirliyin 80 nəfər əməkdaşı hadisə yerinə cəlb edilib.
Kafenin 240 kvadrat metr ərazisini əhatə edən dağıntılar altında daha beş nəfərin olduğu bildirilib.
Təxminən kafedə olan 200 nəfər təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, ilkin məlumatlara görə, çökməyə səbəb tikilinin üzərinə əlavə edilmiş panellər olub.