Mahir Xəttab
13 iyul 2026 14:05 (UTC +04:00)

Mahir Xəttab

Sanki Cənnət anaların "ayağının altından qaçıb..." - Mahir Xəttab yazır

0

Son vaxtlar məni narahat edən bir məsələ var. Bilmirəm, bunu tək mən hiss edirəm, yoxsa doğrudan da insanlar, xüsusən də qadınlar əvvəlki nəzakətini itirib.

Əvvəllər xanımlar təsadüfən sənə toxunanda belə dönüb "bağışlayın" deyirdilər. İndi isə ayağını tapdalayırlar, alış-veriş arabasını üstünə sürürlər, çiyninə dəyirlər, amma heç dönüb baxmırlar.

Az əvvəl marketdə qısa vaxt ərzində üç ayrı qadınla belə hal yaşadım. Biri arabanı üstümə sürdü, biri ayağımı tapdaladı, biri də çiynimə vurdu. Bir nəfər də olsun dönüb "üzr istəyirəm" demədi. Elə bil heç nə olmayıb.

Yaxşı, bunu da keçdim.

Az əvvəl Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin paylaşdığı videoya baxdım. Bir neçə xanım yolu təyin olunmamış yerdən keçir. Bu zaman motosiklet sürücüsü onları vurmamaq üçün son anda manevr edir və özü qəzaya düşür. Mən videoya təkrar-təkrar baxdım. Ən çox məni qəzanın özü yox, o qadınların davranışı sarsıtdı. Heç biri geri dönüb sürücünün vəziyyəti ilə maraqlanmadı. Elə yollarına davam etdilər.

Bunu edən də xanımdır, qadındır, anadır.

Bizə uşaqlıqdan "Cənnət anaların ayaqları altındadır" deyə öyrədiblər. Bu söz qadına, anaya olan hörmətin, mərhəmətin və şəfqətin ifadəsi idi. Amma son vaxtlar gördüklərim məndə başqa bir fikir formalaşdırır - Elə bil cənnət anaların "ayağının altından qaçıb..."

Çünki insanı insan edən ilk növbədə nəzakət, vicdan və empatiyadır. Bunlar olmayanda nə qadın olmağın, nə kişi olmağın, nə də valideyn olmağın xüsusi bir mənası qalır.

Sadəcə təəssüf edirəm...

Mahir Xəttab

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar