Moskva merindən koronavirusla bağlı sərt qərar: aprelin 5-dək
26 mart 2020 14:55 (UTC +04:00)

Moskva merindən koronavirusla bağlı sərt qərar: aprelin 5-dək

 

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Moskvada ərzaq dükanları və apteklərdən başqa, bütün mağazalar müvəqqəti bağlanacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanin qərar imzalayıb.  

"28 mart - 5 aprel tarixlərində ərzaq və digər əsas ehtiyacları qarşılayan aptek və dükanlar istisna olmaqla, bütün pərakəndə ticarət obyektləri müvəqqəti olaraq bağlanacaq", - deyə qərarda qeyd olunub.

Merin imzaladığı qərara əsasən, paytaxtdakı bütün restoran, kafe və barlar və digər iaşə xidmətləri də bu müddətdə müştərilərə xidmət göstərməyəcək. Lakin qadağa bu obyektlərin müştəri qəbul etmədən çatdırılma xidmətlərinə aid edilmir.

Tibbi və reabilitasiya xidmətləri, yaşlılara və ehtiyacı olan digər insanlara qayğı mərkəzləri, digər sosial xidmətlər, nəqliyyat xidmətləri, bank və sığorta xidmətləri, mənzil və rabitə xidmətləri, cənazə xidmətləri - bunların hamısı fəaliyyətini davam etdirəcək. Həmçinin uzaqdan iş fəaliyyəti tələb edən və ya çatdırılma xidmətlərində heç bir məhdudiyyət yoxdur.

Qərarda paytaxtdakı böyük parkların bağlanması da öz əksini tapıb.  

28 mart - 5 aprel 2020-ci il tarixlərində VDNKh sərgi mərkəzi, Qorki parkı, Tsaritsino və Kolomenskoye muzeyləri, Zaryadye Parkı, Kuskovo Mülkiyyəti və Sokolniki Parkı kimi ictimai ərazilər ziyarətçilər üçün müvəqqəti olaraq bağlanacaq". 

Qeyd edək ki, Moskvada COVID-19-a yoluxanların sayının 546-ya çatdığı bildirilib. Ümumilikdə isə ölkə ərazisində 840 nəfər virusa yoluxub, iki nəfər vəfat edib, 38 nəfər sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Oxşar yazılar