Monqolustanın cənub-qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.
Təbi fəlakət Bakı vaxtı ilə 22.02-də baş verib. Zəlzələnin episentri 45.22 dərəcə şimal enində və 97.52 dərəcə şərq uzunluğundakı koordinatda baş verib.