Kütləvi davada 8 nəfər öldü - Qazaxıstanda
08 fevral 2020 12:03 (UTC +04:00)

Kütləvi davada 8 nəfər öldü - Qazaxıstanda

Qazaxıstanın cənub-qərbində yerləşən Jambıl vilayətinin Korday rayonunda baş verən davada səkkiz nəfər ölüb.

APA-nın "AKİPress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev deyib. 

Nazir bildirib ki, Qazaxıstan-Qırğızıstan sərhədinə yaxın olan Masançı kəndinin kənarında başlayan davada ilkin olaraq 70 nəfər iştirak edib, daha sonra yaxın kəndlərdən daha 300 nəfər qarşıdurmaya qoşulub.

"Hadisə yerinə polislər gəldikdən sonra əhali polislə toqquşub, nəticədə iki zabitimiz güllə yarası alıb. Onlar bina və avtomobilləri yandırıblar. Polis 47 nəfəri saxlayıb və iki ov tüfəngini müsadirə edilib", - deyə Daxili İşlər naziri qeyd edib.

Prezident Kassim-Comart Tokayev hökumətə kəndlərdə sakitliyin qorunması üçün müvafiq addımların atılması barədə göstəriş verib.

Toqquşmaların baş verdiyi ərazidə Çin etnik mənşəli müsəlman olan Dungan azlıq qrupunun bir çox üzvü yaşayır. Toqquşmanın qazaxlar və dunqanlar arasında baş verdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3431
avatar

Oxşar yazılar