Ermənistanda ilk koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
APA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Facebook səhifəsində bildirib.
O, qeyd edib ki, virusa yoluxan Ermənistan vətəndaşı bu yaxınlarda İranda səfərdə olub: "Təxminən iki saat əvvəl, təəssüf ki, ölkədə koronavirusa yoluxma xəbərini aldım. Xəstə 29 yaşındadır. Fevralın 28-də həyat yoldaşı ilə birlikdə İrandan Ermənistana təyyarə ilə qayıdıb".