İran İslam Respublikası parlamentinin üzvü Mahmud Sadiqi koronavirusa yoluxduğunu bəyan edib. Lent.az-ın məlumatına görə, parlamentari bu barədə özünü sosial şəbəkədəki hesabında bildirib.
"Koronavirus testimin nəticəsi müsbət çıxdı. Mən bunu indi – yaşamağa heç bir ümidimin qalmadığı bir anda bəyan edirəm” – deyə Sadiqi öz Twitter hesabında yazıb.