İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
23 fevral 2020 15:24 (UTC +04:00)

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.

 

Yaralılardan 9-nun durumu ağırdır.

13:05

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

 

Xilasetmə əməliyyatları davam edir. 

13:00

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib ki, yaralılardan 8-nin durumu ağırdır.

 

Təbii fəlakət zonasına xilasetmə briqadaları cəlb edilib.

12:35

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

12:12

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Van rayonunda dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Dağıntılar altında qalanlar var.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar