Google şirkəti sosial şəbəkə mövzusunda bir neçə layihəyə sahib olub.
Lent.az "technote"a istinadən xəbər verir ki, onlardan ən uğurlusu Google+ hesab edilsə də bu sosial şəbəkə 2019-cu ilin əvvəlində bağlanmışdı.
Lakin buna baxmayaraq şirkət özünün sosial şəbəkə yaratma cəhdlərindən vaz keçmir. Belə ki, şirkət özünün Maps servisinin daxilində sosial şəbəkəni işə salıb.
Bir çoxları Google Maps-dən naviqasiya və lazımi yerlər barəsində məlumatların əldə olunması üçün istifadə edirlər.