Ermənistanda bir məktəbdə 10 şagird “donuz qripi”nə yoluxdu
07 fevral 2020 14:27 (UTC +04:00)

Ermənistanda bir məktəbdə 10 şagird “donuz qripi”nə yoluxdu


Ermənistanın paytaxtı İrəvanda bir məktəbdə on şagirdin “donuz qripi”nə yoluxduğu məlum olub.

APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, A. Puşkin adına 8 nömrəli məktəbin direktoru Natalya Stepanyan bildirib ki, 10-dan artıq şagirddə A tip H1N1 (“donuz qripi”) virusu aşkarlanıb.

Direktor bunun son rəqəm olmadığının ehtimal edildiyini də deyib. Onun sözlərinə görə, heç də bütün valideynlər tibbi arayış gətirməyiblər.

Uşaqların dərsə davamiyyəti isə son günlər çox aşağı düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2053
avatar

Oxşar yazılar