Ermənistanın Syunisk vilayətində müqavilə ilə xidmət edən 4 hərbçi qar uçqunu altında qalıb.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, hadisə fevralın 7-də saat 16:50-də baş verib. Axtarış-xilasetmə əməliyyatı nəticəsində 3 nəfərin meyiti aşkar olunub. Onlar 19 yaşlı sıravi Karapet Nazaryan, 26 yaşlı kiçik çavuş Tiqran Arzumanyan və 25 yaşlı kiçik çavuş Nver Şahbazyandır.
Daha bir sıravi hərbçi 22 yaşlı Hamlet Mirozyanı qar uçğunu altından çıxarmaq mümkün olub. Onun bədənindən müxtəlif xəsarətlər aldığı bildirilir.