Ermənistanda koronavirusa yoluxma şübhəsi ilə 32 nəfər karantinə alınıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bazar günü jurnalistlərə bildirib.
Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı fevralın 29-da qeydə alınıb.