17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu
07 avqust 2026 18:50 (UTC +04:00)

17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

0

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsi barədə daxil olmuş məlumat üzrə polis araşdırma aparıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsinin əməkdaşları zəruri tədbirlər icra edib.

Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib.

Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1890

Oxşar yazılar