Çinin Hubey əyalətində sutka ərzində 630 nəfər koronavirusa yoluxub
23 fevral 2020 04:49 (UTC +04:00)

Çinin Hubey əyalətində sutka ərzində 630 nəfər koronavirusa yoluxub

 

Çinin Hubey əyalətində rəsmilər koronavirusa 630 yeni yoluxma halı qeydə alıblar – belə olan halda virusa yoluxanların ümumi sayı 64084 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə bölgənin Səhiyyə və Gigiyena Komitəsinin yaydığı açıqlamada deyilir.

Komitədən verilən məlumata görə, əyalətdə gün ərzində 96 nəfər ölüb, onlardan 82-si əyalətin mərkəzi olan Uhan şəhərində baş verib. 1742 nəfər sağalaraq evə buraxılıb. Bölgədəki xəstəxanalarda 40127 nəfər hələ də müalicə olunur, onlardan 8853 nəfərin vəziyyəti ağır, 1845 nəfərin vəziyyəti isə kritikdir.

Bildirilir ki, yeni növ koronavirusun (COVID-19) səbəb olduğu pnevmoniyanın yayıldığı ilk gündən bəri əyalətdə 15299 nəfər müalicə olunub. Xəstəliyin başlanğıcından bəri yoluxmuş 2346 nəfər ölüb, ölümlərin böyük əksəriyyəti Uhan şəhərinin payına düşür – 1 856 nəfər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1502
avatar

Oxşar yazılar