Məşhur aktyor Ceki Canın koronavirus olması ilə bağlı xəbərlər yayılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 65 yaşlı aktyorda virus aşkarlandığı və bu səbəbdən karatin altına alındığı açıqlanıb.
Qeyd edək ki, C.Can dünyada tüğyan edən koronavirusla bağlı verdiyi açıqlamada virusa qarşı müalicənin tapılması üçün əlindən gələni etməyə hazır olduğunu, müalicəyə 1 milyon Çin yuanı verəcəyini açıqlamışdı: “Əvvələr insanlarla dolu olan küçələri boş görmək, vətəndaşlarımızın həyatdan zövq almaq yerinə ölümlə mübararizə apardıqlarını görmək istəmirəm”- aktyor əlavə edib.