Litvada koronavirusa yoluxanların sayının kəskin artdığı açıqlanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, son məlumata görə, hazırda virusa 235 yoluxma qeydə alınıb.
Ukmerqsk rayon meriyası adminstrasiyasının rəhbəri Daryus Varnas isə bəyan edib ki, Ukmerqe şəhərində koronavirusdan artıq 3 nəfər ölüb.
Vilnüsdəki “Santaros” klinikasında dünən 90 yaşlı qadın vəfat edib. Onu Ukmerqe xəstəxanasından çıxardaraq yüksək temperatur və şiddətli zəiflik əlaməti ilə paytaxta gətiriblər. Qadına COVID-19 diqanozu qoyulub və intensiv terapiya çöbəsinə yerləşdirilib, ancaq xilas etmək mümkün olmayıb.
Son məlumata görə, Balrikyanı respublikaların 880 sakini koronavirusa yoluxub. Virusa yoluxma daha çox Estoniyada – 404 nəfər qeydə alınıb. Latviyada 221 yoluxma olub. İlk ölüm faktı martın 21-də qeydə alınıb. Litvada 83 yaşlı qadın vəfat edib. Onun virusa yoluxması öləndən sonra müəyyənləşdirilib.