Rusiyada 5 jurnalist yeni növ koronavirusdan (COVID-19) ölüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.
O, 200 jurnalistin COVID-19-a yoluxduğunu açıqlayıb.
“Bir müddət əvvəl rəqəmlər açıqlandı. Dünyada 60-a yaxın jurnalistin koronavirus infeksiyasından həyatını itirdiyi bildirilib. Rusiyada 5 jurnalist xəstəlikdən həyatını itirib. Bununla bərabər, 200 nəfərə yaxın jurnalistimiz virusa yoluxub”, - Solovyov qeyd edib.