Fevral ayının ortasında müşahidə olunan isti hava elm adamlarını qorxudub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, elm adamları Antarktikada qeydə alınan isti hava şəraitindən heyrətə gəliblər. Belə ki, qitədə temperatur ilk dəfə olaraq, 20.75 dərəcəyə qalxaraq rekord qırıb.
Fevralın 9-da Seymour adasında braziliyalı mütəxəssislər tərəfindən qeydə alınan temperatura Dünya Metereoloji Təşkilatı tərəfindən indiyə qədər rast gəlinməyib. “The Guardian” qəzetinin yaydığı məlumata görə isə fevralın 6-da Esperanzada olan argentinalı araşdırma qrupu 18.3 dərəcə temperaturun şahidi olublar. Bu da o vaxta qədər görünən ən yuxarı temperatur olub.
Uzaqdan idarə olunan aparatlarla 3 gündən bir öyrənilən temperaturu elm adamları “inanılmaz və anormal” kimi dəyərləndirib.